Moskva İŞİD terror qruplaşmasının döyüşçülərinin amerikalılar tərəfindən İraq və Əfqanıstana daşınması haqqında məlumatları tez-tez əldə edir.
Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT France”, “Paris Match” və “Figaro”ya verdiyi müsahibəsində bildirib.
“Bizdə tez-tez faktlar meydana çıxır ki, amerikalılar İŞİD döyüşçülərini İraq və Əfqanıstana daşıyırlar. Bu, həyəcanlı faktlardır”, - Lavrov qeyd edib.
Daha əvvəl Rusiyanın Əfqanıstandakı səfiri Aleksandr Mantıskiy “RİA-Novosti” agentliyinə bildirib ki, İŞİD döyüşçüləri Əfqanıstanın şimal rayonlarında, yəni Mərkəzi Asiya respublikalarının sərhədlərə yaxın ərazilərdə cəmləşirlər.
“Hərçənd amerikalılar bunu inkar edirlər, amma əfqan hakimiyyəti bütovlükdə etiraf edir ki, ölkənin şimalına İŞİD döyüşçülərinin axını var. Onlar bilmirlər ki, nə qədər döyüşçü var, lakin döyüşçülər Suriya və İraqdan gedirlər. Döyüşçülərin çox hissəsi əcnəbilərdir. Fərqlənmə nişanları olmayan helikopterlər Əfqanıstanın hava məkanında uçurdular. Yerli siyasətçilər bildirirlər ki, onlar İŞİD döyüşçüləri daşıyır, həmçinin onları ərzaq və döyüş sursatları ilə təchiz edirdilər”, - səfir deyib.
Daha əvvəl isə İranın keçmiş müdafiə naziri Əhməd Vahidi bildirib ki, Qərb gücləri İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətindən sonra döyüşçüləri Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirir. /publika.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?