İndoneziyada “Lion Air” aviaşirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan yoxdur.
Bu barədə İndoneziyanın fövqəladə halların fəsadlarının aradan qaldırlması üzrə Milli Agenliyinin sədri bəyan edib. “Jakarta Post”un məlumatına əsasən, təyyarədəki sərnişinlər sırasında İndoneziya Maliyyə Nazirliyinin 20 məmuru da olub.
Qeyd edək ki, göyərtəsində 181 sərnişin, 2 pilot və 6 ekipaj üzvünün olduğu “Boeing 737” təyyarəsi bu gün səhər paytaxt Cakartadan Sumatra adasındakı Panqkal-Pinanq şəhərinə uçuş həyata keçirərkən saat 06:33 radələrində radardan itib. Daha sonra təyyarənin Yava adasının qərb sahillərində dənizə düşdüyü məlum olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?