GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Sanksiyalar İranı hara götürür? - TƏHLİL

Sanksiyalar İranı hara götürür? - TƏHLİL

Tarix: 6-11-2018, 14:30 Bölmə :Dünya Baxış: 338
[center]Sanksiyalar İranı hara götürür? - TƏHLİL [/center

ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi rəsmən başladı. Ekspertlər bildirirlər ki, bu sanksiyalar İran üçün ağır nəticələrə səbəb olacaq. Çünki sanksiyalar əsasən İranın neft, maliyyə və gəmiçilik sektoruna aid ediləcək.

ABŞ-ın hazırladığı yeni qara siyahıya 700-dən çox şəxsin, təşkilatın, təyyarə, gəmi, neft və nəqliyyat şirkətlərinin, böyük bankların adı daxil edilib.

Sanksiyalar İranın neft sektorunu əhatə etməsinə baxmayaraq, ABŞ hələlik bu istiqamətdə Tehranla ticarət həyata keçirən 8 ölkəyə güzəşt tətbiq edib. Bu ölkələrə İrandan neft alışını əhəmiyyətli şəkildə azaltmaları üçün gələn ilin ortalarına qədər vaxt verilib.

Məlumat üçün onu da qeyd edək ki, Tehran öz ixracatının 1,4 milyon barelini Çin və Hindistana tədarük edir. Ümumilikdə İran neft ixracatının 60%-ni Çin, Hindistan, Yaponiya və Cənubi Koreyaya həyata keçirir. Yerdə qalan neft isə Avropa Birliyi, Türkiyə və BƏƏ-yə ixrac edilir.

Noyabrın 4-də isə minlərlə iranlı “Amerikaya ölüm!” şüarı altında nümayiş keçirib. İran prezidenti Hasan Ruhani nefti satmağa və sanksiyaları pozmağa söz verib. Nümayişlər ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasının 39-cu ildönümü münasibətilə həmin ərazidə keçirilib.

Bütün bu hadisələrin fonunda rəsmi Vaşinqton bəyan edib ki, ABŞ Tehranın kiber hücumlar, ballistik raketlərin sınağı, Yaxın Şərqdə radikal qruplara verdiyi dəstək də daxil, “düşməncəsinə” fəaliyyətinə son versin.

İranla nüvə sazişinə sadiq qalan beş ölkədən Böyük Britaniya, Almaniya və Fransa sanksiyalara etiraz edib. ABŞ-ın dövlət katibi Mayk Pompeo “Fox News” telekanalına bildirib:

“ABŞ əmindir ki, İran noyabrın 5-də ona qarşı sanksiyaların tətbiqinə baxmayaraq, öz nüvə proqramını yeniləməyəcək”.

Hazırkı məqamda yuxarıda da qeyd etdiyimiz kimi, bir neçə ölkə İrana qarşı sanksiyalardan kənara qalıb. Lakin ekspertlər bildirirlər ki, onların kənarda qalması belə, İran iqtisadiyyatını ABŞ sanksiyalarından sığortalamır.

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli söyləyib ki, Amerika çox riskli oyun oynayır:

“Təəssüf edirəm ki, Amerikanın bu oyunu oynamasına müəyyən qədər də İranın siyasi rəhbərliyi şərait yaradır. Məsələn, Ruhani elə tonda danışır ki, sanki zəfər çalmış bir ölkənin prezidentidir. Xamneyi də 40 ildir ki, Amerikanın onlarla mübarizə apardığını və nəticədə İranın qalib çıxdığını bildirir. Siyasət və diplomatiya kompromislər sənətidir. Bu sənətdə də mütləq ölkənin, millətin taleyini düşünərək çalışmaq lazımdır ki, fəlakətin qarşısını alasan. Lakin biz görürük ki, tərəflərin heç biri geri addım atmır. Xüsusilə də İranın geri addım atmaması xeyli təəccüblüdür. Çünki bu məsələdə kompromisə meylli ölkə kimi İran çıxış etməlidir. Bir sıra dünya dövlətləri İranın kompromisə meylli olduğunu görən kimi dərhal bu ölkəni müdafiə etməyə başlayacaqlar. Xüsusilə də Avropa ölkələri bu cür addım ata bilərlər. Lakin İranın ritorikası vəziyyəti daha da gərginləşdirir. Bu baxımdan Amerikanın geriyə çəkiləcəyi gözlənilmir. O cümlədən də İranla bağlı da bu, belədir. Ancaq sanksiyalar başlayan təqdirdə İranı çox ağır günlər gözləyir. 80 milyondan çox əhalisi olan bir ölkəni yedirib-içirmək, onların maddi rifahını təmin etmək bu cür sanksiyalar şəraitində çox çətin olacaq. Əhali də uzun müddətdir ki, mövcud rejimdən narazıdır və Ruhaninin hökumətinin fəaliyyətindən də razı deyil. Üstəlik də ölkədə milli, dini ayrılığı körükləyən müəyyən hadisələr baş verir. Bu zəmində də əhalinin etirazları alovlana bilər”.

Politoloq söyləyib ki, Amerika halından məmnundur və onun Avropanı da fikrindən döndərmək şansları yaranıb: “Bəllidir ki, Avropa bir zamanlar bu sanksiyalara qarşı etiraz edirdi. Xüsusilə də Almaniya və Fransa bu məsələlərdən narazı idi. Artıq onlar da Amerikanın dediklərinə əməl etməyə başlayıb, öz şirkətlərini İranın ərazisindən çıxarırlar. Belə bir şəraitdə İranda hər şey ola bilər. Əvvəla, İranda sosial etirazların baş qaldıracağını təxmin edirəm. Xüsusən də bu etirazların rejimin çökməsinə gətirib çıxaracağı qənaətindəyəm. Bundan sonra əlbəttə ki, İranda hakimiyyət mövqelərini təhvil verə, ölkə tamamilə yeni bir rejimə keçə bilər. Əgər bu hadisələr ağrısız ötüşə bilsə, İraqdakı, Suriyadakı hadisələr təkrarlanmasa, o zaman fərqli yanaşmaq olar. Doğrusu, İranda, İraq və Suriyadakı hadisələrin təkrarlanacağını düşünmürəm. Çünki İran əhalisinin mədəni, intellektual səviyyəsi o xalqların səviyyəsindən xeyli yüksəkdir. Eləcə də İranın dövlətçilik tarixi də çox qədimdir. Bu baxımdan güman edirəm ki, İranda ən çoxu rejim dəyişikliyinə qədər gedə biləcək hadisələr baş verə bilər. Bundan sonra İran-Amerika münasibətlərinin normal zəminə oturması mümkündür”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kiyani: İrandan Cənubi Koreyaya neft ixracı dayandırılmayacaq

    Kiyani: İrandan Cənubi Koreyaya neft ixracı ...

    12-10-2018, 10:13

  • 
  • İran neft planını açıqladı

    İran neft planını açıqladı ...

    17-04-2016, 13:35

  • 
  • Həsən Ruhani: "ABŞ-ın sanksiyalarına baxmayaraq neft ixracını davam etdirəcəyik"

    Həsən Ruhani: "ABŞ-ın sanksiyalarına ...

    5-11-2018, 12:55

  • 
  • İrandan DÜNYAYA NEFT HƏDƏSİ

    İrandan DÜNYAYA NEFT HƏDƏSİ ...

    4-07-2018, 20:00

  • 
  • Dehli Tehranın borcunu qaytarır

    Dehli Tehranın borcunu qaytarır ...

    21-05-2016, 23:32


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu