Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ və Ruisya prezidentlərinin noyabrın 11-də, Parisdəki Yelisey sarayındakı nahar zamanı qısa müddətliyə əlaqə saxlayacaqlarını bildirib.
Onun sözlərinə görə, Donald Tramp ilə Vladimir Putin daha ətraflı söhbəti Buenos-Ayresdə, “Böyük iyirmiliy”in sammitində aparacaqlar. Uşakov deyib: “Bəllidir ki, Putin ilə Trampın Parisdə görüş keçirməsi barəsində məlumat KİV-də və beynəlxalq siyasi dairələrdə böyük marağa səbəb olduğu üçün Fransa tərəfi diqqət hədəfinin Birinci Dünya müharibəsinin birməsinin 100 illik yubileyindən və keçirilməsi planlaşdırılan Beynəlxalq Sülh Forumundan yayınmasını istəmir”.
Uşakov bildirib ki, fransız tərəfdaşları bu narahatlıqlarını Moskva və Vaşinqtona çatdırıblar.
Uşakov deyib: “Bu mülahizələri nəzərə alaraq, həm Vaşinqton, həm də Moskva tədbirin diqqət mərkəzində qalması üçün prezidentlərimizin tammiqyaslı görüşümünün keçirilməsini Buanes-Ayresdəki G-20 sammitinə qədər təxirə salıblar.”/Hurriyyet.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?