Keçmiş MKİ əməkdaşı Bob Baer, Ağ Evin, Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətinin ört-basdır edilməsinə kömək etdiyini deyib.
Keçmiş ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatnını (MKİ) əməkdaşı Bob Baer, CNN-ə verdiyi açıqlamada, ABŞ-ın Qaşıqçı qətlinə qəsdən səssiz qaldığını bildirib və Səudiyyə Ərəbistanda nələrin baş verdiyini daima görməzdən gəldiyini deyib. Səudiyyə Ərəbistanının bu gün "diktator" kimi səciyyələndirdiyi vəliəhd şahzadə Məhəmməd bin Salman tərəfindən idarə edildiyini dilə gətirən MKİ-nin keçmiş Orta Şərq kəşfiyyatı üzrə məsul şəxsi Baer, Səudiyyə xüsusi xidmət orqanlarının və bütövlükdə ölkənin nəzarətinin şahzadədə olduğunu deyib. Baer, Səudiyyənin bu günə qədər heç belə "alçaqcasına əməliyyatlar" təşkil etmədiyini, digər tərəfdən ölkədə vəliəhd şahzadədən başqa kimsənin belə bir əməliyyat üçün əmr vermə səlahiyyətinin olmadığını, Məhəmməd bin Salmanın belə bir şeyin əmrini vermə ehtimalının yüz faiz olduğunu bildirib.
Ağ Ev çıxış yolu tapa bilmir
Kəşfiyyatçı Bob Baer, “Bu vəziyyətdə Ağ Ev bir çıxış yolu tapa bilmir. Səudiyyə Ərəbistanı bir vulkan kimi, vəliəhd şahzadəni göndərməyə çalışır. Bizim (Səudiyyə Ərəbistanda) tərəfimizdə başqa oyunçular yoxdur. Buna görə də nə edəcəyimizi bilmirik. Yəni Ər-Riyadda oturub, ölkəni idarə edən bir psixopatımız var" deyə söyləyib. Keçmiş kəşfiyyatçı, vəliəhd şahzadənin vəzifəyə gəldikdən sonra aralarında kral üzvləri və iş adamlarının da olduğu 200-dən çox şəxsi nəzarətinə almasına dair "Tarixdə heç bir Səudiyyə şahzadəsi belə bir şey etmədi. Fikrimcə, Ağ Evi narahat edən şey, bu ölkənin partlaya bilməsidir" deyə qeyd edib. Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton, Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın öldürülməsi ilə bağlı izlərin Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın qətldə iştirakına işarə etmədiyini bildirmişdi. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Qaşıqçı-nın öldürülməsi ilə bağlı noyabrın 10-də verdiyi açıqlamada, səsyazmanın Səudiyyə Ərəbistanı, ABŞ, Almaniya, Fransa və İngiltərəyə dinlətdirdiyini açıqlamışdı. “The New York Times” (NYT) qəzeti, Qaşıqçı sui-qəsdi üçün Türkiyəyə gələn 15 nəfərdən birinin cinayətdən qısa müddət sonra apardığı telefon danışığında, vəliəhd şahzadə Məhəmməd bin Salmanı nəzərdə tutaraq "Patronunuza deyin, adamlar işlərini bitirdi" dediyi iddiasına yer vermişdi./Müxalifət.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?