Məlumata görə, indilərdə ABŞ administrasiyası terrorçu FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının mümkün hüquqi aspektlərini öyrənir.
GundemXeber.Az "Anadolu" agentliyinə istinadən bildirir ki, bu barədə NBC "News" telekanalı Birləşmiş Ştatlar hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Telekanalın əməkdaşları Kerol E Li, Culiya Eysnli və Kortni Kyubanın məlumatına görə, Ağ Ev bununla da səudiyyə jurnalist Camal Qaşıqçının qətli hadisəsi fonunda Ankaranı "öz tərəfinə çəkmək" istəyir.
Məlumata görə, Donald Tramp administrasiyası artıq Ədliyyə Nazirliyinə, Federal Təhqiqat Bürosuna və Daxili Təhlükəsizlik Nazirliyinə müvafiq göstərişlər verib.
Məlumata görə, Ağ ev adı çəkilən qurumlardan "Türkiyənin Gülənin ekstradisiyası üzrə təqdim etdiyi materiallara yenidən baxılması" mümkünlüyü, həmçinin "ABŞ-da Gülənin hüquqi statusu" barədə məlumat istəyib.
Ağ Ev və ABŞ-ın digər rəsmi qurumları məlumatı hələlik şərh etməyiblər.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın respublikaçı senatoru Lindsi Qraham Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin fəaliyyətinin araşdırıldığını söyləyib. FETÖ rəhbəri Gülənlə bağlı sorğu aparıldığını bəyan edən senator nəticənin necə olacağını səbirsizliklə gözlədiklərini bildirib.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş mətbuat katibi, sonuncu prezident seçkisində ABŞ Prezidenti Donald Trampın müşaviri olmuş Cefferi Qordon isə bildirib ki, FETÖ rəhbəri Fətullah Gülən Türkiyə və ABŞ-ın təhlükəsizliyini təhdid etdiyindən onu dərhal Ankaraya təhvil vermək lazımdır.
Sorğu
Yeni dizaynımız necədir?