Ağ Evə CNN müxbiri Cim Akostanın mətbuat akkreditasiyasının qaytarılmasına göstəriş verilib.
Tramp administrasiyası keçən həftə Akostanın Ağ Evdə akkreditasiyasını ləğv edib. Bu addım Akostanın Ağ Evdə keçirilən mətbuat konfransı zamanı Trampın Mərkəzi Amerika ölkələrindən gələn miqrant karvanını “işğal” kimi təsvir etməsinə tənqidi münasibət bildirməsindən sonra atılıb.
Ağ Ev rəsmiləri həmçinin Akostanı prezidentlə mübahisə zamanı mikrafonu ondan almağa çalışan təcrübəçinin "əlinə toxunmaqda" ittiham edib. Video görüntülərdə Akostanın təcrübəçi ilə aqressiv davranmadığı göstərilib.
“Mən müvəqqəti məhdudlaşdırma əmri üçün şirkətin tələbi əsasında ərizə verəcəyəm” - deyə rayon məhkəməsinin hakimi Timoti Kelli bildirib.
Kelli ABŞ hökumətinin bu əməlini tənqid edib.
“Mən hakimə qərarına görə təşəkkür edirəm” - deyə, Akosta bildirib. O deyib ki, işə qayıtmaq vaxtıdır.
CNN vəkili Ted Butros Kellinin hökmünü birinci düzəliş və jurnalizm üçün böyük gün adlandırıb.
ABŞ-ın bir sıra aparıcı media qurumları CNN tele-kanalının akkreditasiyasının qaytarılması səylərinə dəstək verdiyini bildirib. Onlar arasında CNN-in ənənəvi rəqibi sayılan Fox News tele-kanalı da olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?