"Noyabrın 1-nə olan vəziyyətə görə xalq qarşısında öhdəliklərimizi istisnasız olaraq yerinə yetirmişik".
Bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan mətbuat konfransında deyib.
Öhdəliklər dedikdə, N.Paşinyan Serj Sarkisyan və onun komandasının tamamilə istefaya getməsini, növbədənkənar parlament seçkilərini nəzərdə tutduğunu bildirib.
Lakin ölkəyə investisiyaların cəlb edilməsi, əməkhaqqı və pensiyaların artırılmasına gəlincə, o, susmağa üstünlük verib.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçiriləcək/Trend
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?