Jurnalist Camal Qaşıqçı-nın öldürülməsi Səudiyyə Ərəbistanına baha başa gəldi. “JP Morqan”, dünyanın təpki göstərdiyi Ərəbistandan 90 milyard dollar sərmayə çıxaracağını bildirib
Jurnalist Camal Qaşıqçı-nın şübhəli ölümü və Yəməndəki müharibə şiddətinin artması ilə birlikdə Səudiyyə Ərəbistanına başda Avropa olmaqla, bütün dünyadan təpkilər uçqun kimi böyüyür. Keçən il 4.1 milyard dollarla dünyanın ən böyük hərbi təchizat idxalçısı olan ölkəyə, başda Almaniya olmaqla, Danimarka, Finlandiya və Böyük Britaniya silah satışlarını dayandıracağını açıqlayıb. Xarici şirkətlər ölkəylə yeni işlər görməyə istəksiz görünərkən, ölkədəki sərmayə və pullar da krallığı tərk etməyə başlayıb. “JP Morqan” da bu il 90 milyard dolların üzərində sərmayənin krallıqdan çıxacağını bildirib. Ər-Riyaddakı Yaxın Şərq Maliyyə İnvestisiya Şirkətinə (MEFIC) görə, Qaşıqçı-nın öldürülməsindən əvvəl ölkədəki şirkətlərdən təxminən 165 milyon dollar xarici valyuta çəkilib. Bu ilin əvvəlində hazırlanan Birləşmiş Millətlər Təşkilatının hesabatına görə isə, birbaşa xarici investisiyalar 14 il ərzində ən aşağı səviyyə olan 1.4 milyard dollara düşüb.
LAYİHƏLƏR DAYANDI
Vəliəhd bin Salmanın yaxın müttəfiqi olan Softbank-ın icraçı direktoru Masayoshi Son, şirkətinin Səudiyyə Ərəbistanı ilə olan maliyyə əlaqələrini kəsməyəcəyini, ancaq cinayətə dair həqiqətlər ortaya çıxana qədər Səudiyyə pullarını almayacaqlarını deyib. Həmçinin Son, Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq içərisində həyata keçiriləcək olan ikinci bir meqa fonda qarşı planların çox erkən olduğunu bildirib. Uber-in icraçı direktoru Dara Khosrowshahi isə Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondundan 3.5 milyard dollar aldıqlarını və hökumətin Qaşıqçının ölümü haqqında daha çox məlumat vermədiyi təqdirdə yeni layihə verməyəcəklərini deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?