Rusiya prezidenti Vladimir Putin mobil telefondan istifadə etmir, çünki bu həddən artıq açıqlıq nəzərdə tutur.
Bu haqda Putinin mətbuat katibi Dmitri Peskov “Rossia 24” telekanalının efirində deyib.
Peskovun sözlərinə görə, smartfondan istifadə “könüllü eksqibitsionizmdir, tam şəffaflıqdır”. Belə ki, əlinə smartfon alan istifadəçi bəribaşdan ona razılıq vermiş olur ki, özü barəsində hər şeyi hər kəsə göstərməyə hazırdır.
“Ona görə də bu prezidentdə olmalı deyil, xüsusən də Rusiya kimi ölkənin prezidentində. Və üstəlik Putin kimi prezidentdə”-Peskov deyib. Əlavə edib ki, qapalı hökumət rabitəsi üçün istifadə olunan köhnə telefonlar bütün smartfonlardan çox yaşayacaq.
Peskov Putin üçün informasiyaların necə hazırlandığı haqda da danışıb. Onun sözlərinə görə hələ də bu məqsədlə çap kağızlarından ibarət qovluqlardan, kağız xülasələrdən və elektron daşıyıcılarda televiziya xülasələrindən istifadə olunur. “Amma prezident özü də kompüterdə internetə, ənənəvi olaraq televizora da baxa bilər”-Peskov deyib./Virtualaz.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?