Türkiyədə Şanlıurfa rayonunda bir qadın canlı bomba yaxalanıb. Canlı bombanı narkotiklə keyləşdirərək Türkiyəyə göndərildiyi öyrənilib.
Şanlıurfada sərhəddən keçməyə çalışan bir qadın canlı bomba Jandarm tərəfindən yaxalanıb. Canlı bomba narkotiklə keyləşdirilərək terror aksiyası keçirmək üçün Suriyanın “Fərat Qalxanı bölgəsində yerləşən Cerablusa göndərildiyini deyib. Terrorçu ilk ifadəsində "Günlərlə çayıma, suyuma və yeməklərimə sarı və ağ rəngli həblər atırlar. Bu həbləri içəndən sonra keyləşib, böhran keçirməyə başladım. Nə etdiyimi bilmirdim. Daha sonra bu həbləri içməməyə və məhv etməyə qərar verdim. Son dəfə gəldiklərində məni döydülər” deyib./Müxalifət.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?