Ermənistan tərəfi sabiq prezident Serj Sarqsyanın dekabrın 6-sı Praqada saxlanılan bacısı oğlu Narek Sarqsyanın ekstradisiyası üçün Çexiyaya sorğu göndərib.
Gundemxeber.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arevik Xaçatryan deyib.
Sarqsyan silah və narkotik saxlamaq, həmçinin fırıldaqçılıq ittihamı ilə əlaqədar cinayət işi çərçivəsində axtarışa verilib. O, ayrıca "adam oğurluğu" maddəsi ilə də ittiham edilir.
"Baş Prokurorluq Sarqsyanın ekstradisiyasına dair sorğunu Çexiyaya dekabrın 28-də göndərib", - deyə Xaçatryan bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?