Bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Əl-Cəfəri açıqlama verib.
Diplomat bildirib ki, İsrail müdafiə qüvvələrinin Dəməşq beynəlxalq aeroportuna zərbələr endirməsindən sonra ölkənin müdafiə olunmağa və cavab olaraq Təl-Əviv aeroportuna atəş açmağa tam ixtiyarı var.
Cəfəri vurğulayıb ki, Təl-Əviv aeroportunun vurulmaması üçün BMT Təhlükəsizlik Şurası İsrailə qarşı qətnamə qəbul etməlidir.
Xatırladaq ki, yanvarın 21-də İsrail hərbi hava qüvvələri Suriya ərazisinə üç raket zərbəsi endirib.
Aviareydin hədəfi Dəməşqdə beynəlxalq aeroportun ərazisində olan silah-sursat anbarı və İrana aid digər hərbi obyektlər, həmçinin, Suriya ordusunun HHM kompleksləri olub.
Oxu.az bildirir ki, nəticədə, Suriya ordusunun dörd hərbçisi həlak olub, altı nəfər yaralanıb. Aeroportun infrastrukturuna ziyan dəyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?