Səudiyyə Ərəbistanının Mədinə şəhərində dəhşətli cinayət baş verib.
GundemXeber.Az xəbər verir ki, taksi sürücüsü dini zəmində azyaşlı oğlanın başını anasının gözü qarşısında kəsib. Belə ki, taksi sürücüsü 6 yaşlı oğlanı şiə olduğu üçün öldürüb. Ana ilə oğlu taksiyə minib, onlar şiə məscidinə getmək istəyiblər. Sürücü qadından şiə olub-olmadığını soruşub. Cavabında qadın şiə olduğunu təsdiqləyib.
Cavabdan qane olmayan kişi uşağı maşından düşürdüb və oğlana zərbələr vurub. Daha sonra şüşə qırığı ilə oğlanın başını kəsib.
Ana qışqıraraq bu vəhşiliyə mane olmağa çalışıb. Lakin qadının köməyinə heç kim gəlməyib. Hətta yaxınlıqda olan polis əməkdaşı cinayətkara mane ola bilməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?