Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 20-21-də Almaniyaya rəsmi səfər edəcək.
Səfər çərçivəsində dövlət başçısı Almaniya kansleri Angela Mekellə görüşəcək.
Görüşdə Gürcüstan və Almaniya arasında ikitərəfli əməkdaşlıq, Cənubi Qafqaz bölgəsindəki vəziyyət və Avropa İttifaqı-Gürcüstan münasibətləri müzakirə olunacaq.
S.Zurabişvili Almaniyadan öncə fevralın 17-19-da Fransaya işgüzar səfər edəcək. Səfər çərçivəsində o, Fransa Prezidenti Emanuel Makronla danışıqlar aparacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?