ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İllinoys ştatında, Avrora şəhərində baş vermiş atışmada həlak olanların yaxınlarına başsağlığı verib.
Gundemxeber.az bildirir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.
"Avrorada, İllinoysda hüquq-mühafizə orqanlarının işi əladır. Həlak olanlara və onların ailələrinə səmimi başsağlığı", - deyə o, "Twitter"də yazıb.
Qeyd edək ki, Avrora şəhərində, "Henry Pratt" şirkətinin binasında atışma olub. Hadisə nəticəsində azı 5 nəfər həlak oluib. Əməliyyat zamanı 4 polis əməkdaşı yaralanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?