GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Çeçen-azərbaycanlı insidentinin arxasında kimlər var? - TƏHLİL

Çeçen-azərbaycanlı insidentinin arxasında kimlər var? - TƏHLİL

Tarix: 18-02-2019, 14:32 Bölmə :Dünya Baxış: 468
Çeçen-azərbaycanlı insidentinin arxasında kimlər var? - TƏHLİL


Moskvada bir qrup çeçenin azərbaycanlılara hücumu nəticəsində baş verən kriminal insident rəsmilərin müdaxiləsi ilə böyümədən sakitləşdi. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hadisəyə dərhal reaksiya verdi və bəyan etdi ki, “Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz”.

Çeçenistan tərəfi də mətbuat və informasiya naziri Cambulat Umarovun şəxsində Əli Həsənovun bəyanatına dəstək verdi və baş verənlərdən təəssüfləndiklərini qeyd etdi.

Hər iki tərəf məişət zəminində baş verən hadisədən kimlərinsə iki xalqın dostluğuna xələl gətirmək üçün istifadə edə biləcəyi təhlükəsini gözəl anlayır. Buna görə də hadisədən dərhal sonra Moskvadakı Azərbaycan və çeçen icmalarının nümayəndələri bir araya gəldilər və problem həll olundu.

Lakin baş verənlərdə əsas məqam kimlərin azərbaycanlılarla çeçenlər arasında toqquşmaların yaşanmasında maraqlı olması sualını önə çıxarır. Təbii ki, hadisə məişət zəminində baş verib və sonda anlaşılmazlıq həllini tapıb. Lakin Prezidentin köməkçisi Əli Həsənovun bəyanatında qeyd etdiyi “Moskvada yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar” fikirləri belə cəhdlərin olduğunu təsdiqləyir.

“Azərbaycan-çeçen qarşıdurmasında kimlər maraqlıdır” sualını hadisədən sonra regionun informasiya məkanında yayılan xəbərlər kontekstində araşdırmaq lazımdır. Xüsusilə özünü çeçen xalqının lideri kimi təqdim edən Qoca Mansur ləqəbli şəxsin çağırışı diqqət çəkir.

“Səhv olduqlarını etiraf etməyənə və üzr istəməyənə qədər Avropa və Asiyadakı bütün azərbaycanlıları dərhal öldürməyi çeçenlərə əmr edirəm. Ramzan Qədirovun fikri məni maraqlandırmır. Əgər azərbaycanlılar qan tökülməsini istəmirsə, təcili çeçenlərdən üzr istəməlidirlər”, – deyə bu şəxs çağırış edir.

Bir qrup çeçenin azərbaycanlılara silahlı hücumu da bu çağırışdan sonra həyata keçirildi. Və maraqlıdır ki, Qoca Mansurun “azərbaycanlıları öldürün” çağırışı sosial şəbəkələrdə daha çox ermənilər tərəfindən tirajlanır. Erməni istifadəçi Alen Gulyan bu videonu “azərbaycanlılara ölüm!” şüarı ilə yayımlayıb, digər erməni istifadəçilər onun şüarına dəstək verərək, “azərbaycanlıların çeçenləri təhqir etdiyini, buna görə də cavabsız qalmamalı olduğunu” təbliğ edirlər. Rusiyanın erməniyönümlü saytlarının da azərbaycanlılarla çeçenlər arasında münasibətləri kəskinləşdirəcək xəbərləri diqqət çəkir.

Proseslərin analizi azərbaycanlı-çeçen insidentində ən çox ermənilərin maraqlı olduğunu təsdiqləyir:

– Hadisənin baş verməsinə zəmin yaradan Əlixan adlı çeçenin məlum olmayan səbəbdən azərbaycanlıları təhqir etməsi şübhələrə yol açır. Rusiyada erməni diasporunun Azərbaycan icmasına zərbə vurmaq üçün bütün vasitələrə əl atması fonunda kriminl insidentə yol açan təhqirin də onlar tərəfindən təşkil edilməsi istisna deyil.

– Hadisədən sonra regionun informasiya məkanında ermənilərin “çeçen sevgisinin” qabarması və azərbaycanlılarla çeçenlər arasında münasibətləri qızışdırmaq cəhdləri bu təxribatın arxasında Azərbaycanın düşmənlərinin dayandığı ehtimalını gücləndirir.

Ermənilərin azərbaycanlı-çeçen insidentində maraqlı olmasının bir sıra ciddi səbəbləri var:

1. Rusiyada azərbaycanlı icması tədricən güclənir və bu, Azərbaycanın da mövqelərinin güclənməsi deməkdir. Bu mənzərə Ermənistanın Rusiyadakı maraqlarına ziddir.

2. Azərbaycanlıların Moskvada digər millətlərlə, o cümlədən çeçenlərlə dostluq münasibətləri də ermənilərin arzulamadığı mənzərədir.

3. Azərbaycanlılarla çeçenlər arasındakı kriminal insidentin böyüməsi və ermənilərin sosial şəbəkələrdə uydurduğu kimi “qanlı hesablaşmaların” başlanması erməni icmasının azərbaycanlı icmasının qarşısında mövqelərini gücləndirə bilər.

4. Nəzərə alsaq ki, Moskvada çeçen icması erməniləri sevmir və zaman-zaman onlarla qarşıdurma yaşanır, o zaman, başlaya biləcək “qanlı hesablaşmada” çeçenlərin də “qan itirməsi” erməni icmasının işinə yarayar.

Rusiyada erməni diasporu məhz buna görə çeçen-azərbaycanlı insidentini qızışdırır. Lakin Qafqaz regionundakı vəziyyət ermənilərin daha təhlükəli oyun oynadığını və əsas hədəflərinin daha uzağa getdiyini deməyə əsas verir.

ƏSAS HƏDƏF: Azərbaycan-Çeçenistan münasibətlərinin pisləşməsi və erməni biznesmenlərin Şimali Qafqazda itirdikləri mövqeləri yenidən ələ keçirməsi.

Azərbaycanın Çeçenistan başda olmaqla Rusiyanın Şimali Qafqazdakı subyektləri ilə ikitərəfli əlaqələri genişləndirməsi, regiondakı respublikalara investisiya yatırımları və iqtisadi manevrləri ermənilərin bu bölgədə mövqelərinə ciddi zərbə vurub. Bu, həm də Ermənistanın bütövlükdə Qafqazdakı mövqelərinin zəiflədilməsi ilə nəticələnib. Çeçen-azərbaycanlı insidentinin ermənilər tərəfindən qızışdırılması və Qoca Mansurun “azərbaycanlı şiələr çeçenləri təhqir edir” sözləri ilə başlanan çağırışının təbliğinin “sünni-şiə” qarşıdurması kontekstində aparılması Azərbaycan-Çeçenistan münasibətlərinin pozulmasına və Bakının Şimali Qafqazdakı mövqelərinin zəiflədilməsinə hesablanmış gedişdir. Burada münaqişəyə zəmin yaradan Əlixan adlı çeçenin azərbaycanlıları təhqir etməsinin arxasında Rusiyadakı erməni diasporunun dayandığı ehtimalı güclənir.

– Moskvada azərbaycanlı icması ilə çeçen icması “qanlı hesablaşmalara” başlayır, hər iki tərəf “qan itirir” və zəifləyir; bu qarşıdurmada erməni icmasının mövqeləri güclənir; baş verənlər Çeçenistanla Azərbaycanın münasibətlərini pisləşdirir və Şimali Qafqazda Bakının iqtisadi layihələrlə nüfuzunu gücləndirmə siyasəti zərbə alır; Rusiyadakı erməni biznesmenlər Şimali Qafqazda itirdikləri mövqeləri yenidən ələ alırlar və beləliklə, həm Ermənistanın Qafqazda mövqeyi güclənir, həm də ermənilər Azərbaycanı Şimaldan “mühasirəyə alırlar”.

Azərbaycanın vaxtilə Şimali Qafqazda güclü mövqelərə malik olan erməniləri bölgədə sıxışdırmasının məhz şimalda tədricən formalaşan “erməni mühasirəsi”ni yarmaq strategiyası olduğunu nəzərə alsaq, prosesin əhəmiyyəti aydınlaşır.

Azərbaycan və Çeçenistanın addımları isə kriminl insidentin qarşıdurma mərhələsinə keçməsinin qarşısını almaqla yanaşı, bu oyunları da pozdu və Prezidentin köməkçisinin dediyi kimi, “çirkin niyyətlər baş tutmadı”. Lakin erməni planlarının başa çatmadığını nəzərə alsaq, bundan sonra daha həssas olmalıyıq, həm dövlət, həm də Rusiyada (və digər ölkələrdə) yaşayan azərbaycanlılar olaraq…/publika.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kriminal hesablaşma - Lotu Qulinin toqquşan maraqları, Şeyx Həmzətin qisas duyğusu

    Kriminal hesablaşma - Lotu Qulinin toqquşan ...

    30-01-2018, 23:47

  • 
  • Məşhur çeçen əsilli kriminal avtoritet Bakıda niyə saxlanıldı?

    Məşhur çeçen əsilli kriminal avtoritet Bakıda ...

    22-08-2017, 23:16

  • 
  • ​Myanmada müsəlmanların qətliamına fətva verən lider öldürüldü - ÇEÇEN İZİ - FOTO

    ​Myanmada müsəlmanların qətliamına fətva verən ...

    10-09-2017, 00:07

  • 
  • Bu gün Əli Həsənovun 55 illik yubileyidir

    Bu gün Əli Həsənovun 55 illik yubileyidir ...

    10-03-2015, 19:51

  • 
  • Əli Həsənova ağır itki üz verdi

    Əli Həsənova ağır itki üz verdi ...

    27-11-2015, 13:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu