İslam Dövləti terror qrupundan qaçan Amerikada doğulan qadının atası cümə axşamı Tramp administrasiyasını məhkəməyə verib, çünki o, qızın Birləşmiş Ştatlara geri dönməsinə icazə verilməsini istəyir.
Amerika Müsəlmanlarının Konsitusiya Qanunu Mərkəzi Hoda Muthananın atası Əhməd Əli Muthananın adından məhkəməyə şikayət edib.
Prezident Donald Tramp deyib ki, o, dövlət katibi Mayk Pompeoya Muthananın ABŞ-a geri dönməsinə icazə verməməsini söyləyib, baxmayaraq ki, onun vəkili Hoda Muthananın könüllü olaraq Suriyaya getdiyi və sosial mediadan istifadə edəcək qərblilərin öldürülməsini alqışladığı üçün ABŞ-da məsuliyyətə cəlb olunmağa hazır olduğunu söyləyir.
Onun atasının vəkilləri iddia edir ki, o, ABŞ vətəndaşıdır, çünki 1994-cü ildə atasının diplomatik xidməti bitəndən bir neçə ay sonra ABŞ-ın Nyu Cersi ştatında dünyaya gəlib.
Birləşmiş Ştatların “yurisdiksiyasına tabe olan” hər bir kəsin övladı ABŞ vətəndaşlığı ilə təmin olunur. Bu isə o deməkdir ki, diplomatların uşaqları istisna olunur. Əgər Muthana qızı doğulduğu zaman hələ diplomat idisə, onun qızı vətəndaş hesab edilmir.
Cümə axşamı Mayk Pompeo məsələ ilə bağlı deyib ki, "xanım Hoda Muthana ABŞ vətəndaşı deyil və ABŞ-a qəbul edilə bilməz. Onun nə leqal əsası, qanuni pasportu, pasport almağa haqqı, nə də Amerikaya səyahət vizası almaq hüququ var”.
Hoda Muthana İraq və Suriyada İŞİD cihadçılarına qoşulan 64 amerikalıdan biridir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?