Rəsmi Tehran sanksiyalar tətbiq etməklə İran xalqını çətinliyə salan amerikalı rəsmilərə qarşı hüquqi prosedur başladaraq onları məhkəməyə verəcək.
Gundemxeber.az bildirir ki, bunu İran prezidenti Həsən Ruhani dövlət televiziyasındakı çıxışında deyib.
“ABŞ-ın İrana qarşı sanksiyaları insanlıq əleyhinə cinayətdir. Bu sanksiyalar İranın milli valyutası rialın dəyərinə təsir edib və inflyasiyanı artırıb. Xalqımızı çətinliyə salan amerikalı rəsmilərə qarşı iddia qaldıracağıq. Hökumətimiz bu çətinliyin öhdəsindən gəlməyə qadirdir” – Ruhani vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?