Suriyanın hava hücumundan müdafiə (HHM) qüvvələri İsrailin Hələb əyalətinin cənub-şərqinə endirdiyi hava zərbələrini dəf edib. Buraxılan bir neçə raket Şeyc-Nəcər sənaye zonasındakı obyektlərə tuş gəlib.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail ordusu hava hücumunu yerli vaxtla 23:00-da (Bakı vaxtı ilə 01:00) həyata keçirib. Heç kimin yaralanmadığı, yalnız sənaye zonasındakı obyektlərə maddi ziyanın dəydiyi bildirilir.
Bununla belə, suriyalı üsyançılar hava zərbələrinin, eyni zamanda, Hələb aeroportuna və yaxınlıqda yerləşən Cibrin kəndinə endirildiyini bildiriblər. Hava hücumundan sonra bütün Hələbdə elektrik təchizatı dayandırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?