Martın 31-də Ukraynada prezident seçkilərinin birinci turunda səsvermə başa çatıb.
Amerikanın Səsinin Rus xidmətinin müxbiri Taras Burnos Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko ilə səsvermə, Ukraynanın gələcəyi və Rusiya ilə münasibətlərdən danışıb.
Viktor Yuşşenko seçkidə hazırkı prezident Petro Poroşenkoya dəstək verdiyini bildirib. Ukraynada siyasi proseslər və seçkilərinin birinci turunda səslərin çoxunu qazanan aktyor Zelenskinin reytinqləri ilə bağlı sualın cavabında Yuşşenko bildirib ki, əsas məsələ namizədlərdən hansının ölkə üçün aktual məsələləri daha aydın başa düşməsindən ibarətdir.
Ukrayna bütün ərazisinin suverenliyi qaytarılmadan necə sülh müqaviləsi bağlaya bilər? Viktor Yuşşenko
“Mənə elə gəlir ki, bu məsələdə hazırkı prezident daha aydın yanaşma nümayiş etdirib. Təhlükəsizlik məsələsi vacibdirmi? Bilirsinizmi, namizədlər siyahısında olanların 95 faizi NATO sözünü səhvsiz yaza bilmir. Ya da milli dəyərlər, milli dirçəilş, milli inteqrasiya məsələlərinə gəldikdə...Mən əminəm ki, bu siyasəti mövcud bütün namizədlərdən daha yaxşı Petro Poroşenko təmsil edir. İstər iqtisadi plandan və ya iqtisadi doktrinadan, ya da NATO və Avropa İttifaqına inteqrasiyaya dair çərçivə planından danışsaq. Bu haqda aydın şəkildə, birmənalı və davamlı olaraq danışan Petro Poroşenkodur. Mən demirəm ki, Petro Poroşenko su üzərində gəzir, o, müqəddəsdir. Özünüzdən başlayın, Ukraynada beş ildən sonra nə olmalıdır? Bu, Ukrayna prezidentinin seçilməsinin ən yaxşı prinsipidir” – deyə Viktor Yuşşenko bildirib.
Keçmiş prezident Ukraynanın Rusiya ilə münasibətlərinə də toxunub.
“Rusiya bizim düşmənimizdir. Münasibətləri də adekvat və simmetrik şəkildə qurmaq lazımdır, amma iki başlanğıc var – daxili, bundan keçmək lazımdır və bu, bir sıra komponentlərdən ibarətdir, təkcə diplomatik deyil, həm də hərbi, iqtisadi, effektiv maliyyə siyasəti, sanksiyalarla bağlı, eləcə də humanitar və xarici siyasətlə əlaqədar münasibətlərdən ibarətdir. Aydındır ki, sülh daha çox Ukrayna və Ukraynanın mövqeyi ətrafında möhkəmləndirilməlidir. Ukraynalılar barışığı sülhdən ayırmağı öyrənməlidirlər. Nə üçün İkinci Dünya Müharibəsindən 70 il keçsə də, Yaponiya Rusiya ilə sülh sazişi imzlamır? Çünki iki ölkə arasında “qırmızı xətt” olaraq keçən elə şeylər var ki, onlar kompromisə imkan vermir.
Söhbət ərazi bütövlüyündən gedir. Ukrayna bütün ərazisinin suverenliyi qaytarılmadan necə sülh müqaviləsi bağlaya bilər? Biz barışıqdan danışa bilərik: “qaynar faza”dan “ilıq” daha sonra isə “soyuğa” necə keçmək olar. Bu, aydındır, amma bu gün Ukrayna-Rusiya münasibətlərini ərazi bütövülüyü məsələləri olmadan diqqətdə saxladıqda belə bir sual yaranır ki, bu, sizin istədiyiniz sülhdürmü? Bizim torpaq müqəddəsdir və heç kəs bizə onunla sağa, sola alver etmək hüququ verməyib. Biz onu nəvələrimizə öz babalarımızdan necə almışıqsa, elə də təhvil verməliyik” – deyə, Viktor Yuşşenko bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?