Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbs müddətini bir daha uzadıb.
Gundemxeber.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə prokuror Petros Petrosyan bildirib.
Bundan əvvəl, R.Koçaryanın həbs müddəti yanvarın 18-də və martın 15-də uzadılmışdı.
Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürüb, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul etmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?