Ukraynada büllütenlərin 90,25 faizi sayılıb və Vladimir Zelenski 73,18 fazi səs toplayıb.
Məlumatı Ukraynanın Mərkəzi Seçki Komissiyası yayıb.
Bildirilib ki, fəaliyyətdə olan Prezident Petro Poroşenko səslərin 24,49 faizin toplayıb.
V.Zelenski Lvov istisna olmaqla ölkənin bütün vilayətlərində qalib gəlib. Bu vilayətdə seçiciləri 63,12 faizi P.Poroşenkoya, 34,13 faizi isə V.Zelenskiyə səs verib.
Qeyd edək ki, martın 31-də Ukraynada prezident seçkisinin birinci turu, aprelin 21-də isə ikinci turu keçirilib/Report.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?