Şimali Koreya lideri Kim Conq Un və Rusiya prezidenti Vladimir Putin cümə axşamı Rusiyanın Vladivostok şəhərində keçirilən sammitdə daha yaxın münasibət qurmaq yolunda işləyəcəklərini vəd edib. Lakin belə görünür bu görüşün Kimin Birləşmiş Ştatlarla çıxılmaz vəziyyətdə olan nüvə danışıqlarına heç bir təsiri olmayacaq.
Rusiya Koreya yarımadasında gərginliyi azaltmaq və bütün şimal-şərq Asiyada təhlükəsizliyi artırmaq üçün əməkdaşlığı davam etməyə hazırdır.
Kim Conq Un Rusiyaya bir böyük tələblə yola düşmüşdü: iqtisadiyyatına təzyiq göstərən sanksiyalardan azad olmaq. Lakin Vladimir Putinin onun bu tələbatını qarşılayıb-qarşılamadığı bəlli deyil. Görüş zamanı çox sayda şəkillər çəkilsə də, müzakirlərin detalları barədə çox az məlumat paylaşılıb.
“Rusiya Koreya yarımadasında gərginliyi azaltmaq və bütün şimal-şərq Asiyada təhlükəsizliyi artırmaq üçün əməkdaşlığı davam etməyə hazırdır”, Rusiya prezidenti Vladimir Putin deyib.
“Mən xoşbəxtlik və iki ölkənin xalqının gözəl gələcəyinə tost deyirəm” – deyə, Kim Conq Un bildirib.
Daha sonra Putin Şimali Koreyadan keçəcək boru kəməri və dəmiryol xəttlərini müzakirə etməyə hazır olduğunu deyib, lakin Kimə sanksiyalar məsələsində yardım təklif etməyib. Putin özü bu sanksiyaların tətbiq olunmasına yardım edib.
“Putin çox diqqətli olmalıdır, çünki o, Rusiyanın BMT sanksiyaları qarşısındakı öhdəliyindən açıq şəkildə geri çəkilə bilməz”, Qriffit Universitetinin professoru Endrü O’Nil söyləyib.
Putin həmçinin Şimali Koreyanın nüvə silahları proqramı ilə bağlı altı tərəfin apardığı danışıqlara geri dönmək ehtimalının da olduğunu söyləyib. Çoxtərəfli danışıqlar on il öncə dayandırılıb.
“Amerikanın nöqteyi-nəzərindən arxayın şəkildə deyə bilərəm ki, bunun heç bir təsiri olmayacaq”, O’Nildeyib.
Kimin sammitdən gəldiyi kimi geri dönüb: o hələ də, iqtisadi yardım axtarışındadır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?