"Rusiya paytaxtı Moskvanın "Şeremetyevo" aeroportunda baş verən təyyarə qəzasında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva bildirib.
Qeyd edək ki, mayın 5-də Moskvadan Murmanska uçan "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb. Yanğın nəticəsində göyərtədə olan 78 nəfərdən 41 nəfər ölüb.
Sorğu
Yeni dizaynımız necədir?