BMT-nin bildirdiyinə görə, husi qüvvələrinin Yəmənin əsas liman şəhərlərindən çıxarılması planlara əsasən həyata keçirilib.
"Hər üç limanda qüvvələrin çıxarılması BMT tərəfindən eyni zamanda monitorinq edilib. Sahil keşikçiləri təhlükəsizliyin məsuliyyətini daşıyıb" - deyə, BMT-nin Koordinasiya Komitəsinin rəhbəri Maykl Lollesqaar bildirib.
BMT əhalisinin 80 faizinin yardıma və müdafiəyə ehtiyacı olan Yəməndə humanitar əməliyyatlar üçün 2019-cu ildə 4.2 milyard dollar istəyir.
Husi qüvvələri Hudeydənin Salif və Ras İssa limanlarından çıxır.
Hudeydədən geri çəkilmək dekabr ayında İranın dəstəklədiyi husi üsyançıları ilə Səudiyyənin dəstəklədiyi Yəmən qüvvələri arasında əldə olunan atəşkəsin bir hissəsidir.
Hudeydə limanı dörd ildən çoxdur üsyançıların nəzarəti altında idi. Liman Yəməndə ac və əziyyət çəkən vətəndaşların həddən artıq ehtiyac duyduğu ərzaq, dərman və digər yardımların əsas giriş nöqtəsidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?