Çin iyunun 2-də "Ağ kitab"da dərc olunan ticarət danışıqlarının tarixini təhrif edir.
Bu barədə ABŞ-ın ticarət nümayəndəsi və Maliyyə Nazirliyinin çərşənbə axşamı yaydığı birgə bəyanatda deyilir.
Məlumata görə, orada, xüsusilə bildirilir ki, ABŞ ticarət danışıqlarındakı bütün uğursuzluqlara görə tam məsuliyyət daşıyır, çünki məhz Vaşinqton böyük əmək bahasına ərsəyə gələn razılaşmalardan geri çəkilir.
"Birləşmiş Ştatlar təəssüf edir ki, çinlilər ötən gün dərc olunan "Ağ kitab"da və son açıq bəyanatlarda iki ölkə arasındakı ticarət danışıqlarının mahiyyət və tarixini təhrif edərək, günahı başqasının üzərinə atmaq yolu ilə getdilər", - deyə sənəddə bildirilir.
"Ağ kitab"da deyilir ki, ABŞ ticarət toqquşmalarına təhrik edib və Çinin cavab tədbirləri görməkdən başqa seçimi qalmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?