İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi " Nüvə Razılaşmasının tərəflərinin qatılacağı yığıncaq müqavilənin qorunması üçün son fürsət olacaq. INSTEX üzərindən nə qədər pul transferi edilə biləcəyini görməmiz lazımdır" deyib.
Sözçü Musəvi bu gün nüvə razılaşmasının tərəfləri olan İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin ilə İranlı üst səviyyə səlahiyyətlilərin qatılacağı Avstriyanın paytaxtı Viyanadakı yığıncaqda, razılaşmanı qoruyacaq qərar çıxmadığı təqdirdə, təəhhüdlərini azaltmağa davam edəcəklərini bəyan edib. Avropa ölkələri tərəfindən ABŞ sanksiyalarını yan keçmək və İranla ticarəti davam etdirə bilmək üçün inkişaf etdirilən xüsusi mexanizm olan INSTEX-in bu gün fəaliyyətə başlayacağı istiqamətindəki iddialara da toxunan Musəvi, "INSTEX üzərindən nə qədər pul transferi edilə biləcəyini görməmiz lazımdır. Sıravi və süni bir mexanizm olacaqsa, qətiliklə qəbul etməyəcək və təəhhüdləri azaltma mövzusunda verilən müddət (7 iyul) sona çatdığında, ikinci addımı atacağıq" deyib.
Sorğu
Yeni dizaynımız necədir?