İyulun 1-də "Petkim" limanında (Türkiyənin İzmir şəhərinin yaxınlığında) tankerdə partlayış baş verib. Nəticədə 15 nəfər İtaliya vətəndaşı, bir nəfər Rumıniya vətəndaşı və "Petkim"in bir işçisi xəsarət alıb. İtaliya vətəndaşı Roberto Montequrdia partlayış nəticəsində ölüb..
Partlayış neft məhsullarının nəql edildiyi "Synzania" gəmisində baş verib. Partlayışın səbəbləri məlum deyil. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və xilasedici göndərilib, Türkiyə KİV-i məlumat yayıb. "Petkim" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. İtaliya gəmisi SOCAR Turkey törəmə şirkəti tərəfindən icarəyə götürülüb.
SOCAR-ın saytında hadisə ilə bağlı hər hansı məlumat dərc edilməyib.
Öz növbəsində Türkiyə mediası yerli hakimiyyətə istinadən bildirib ki, partlayış tankerə propilen yüklənməsi zamanı baş verib.
"Petkim" yazılı bəyanatında bildirib ki, hadisə "Petkim"in beşinci pirsində İtaliya bayrağı altında üzən "Synzania" gəmisinə maye karbohidrogenin doldurulması zamanı baş verib.
"Synzania" tankerinin su tutumu 4 min tona yaxındır. Yerli prokurorluq insidentin araşdırılmasına başlayıb
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?