Washington Post və ABC News-un keçirdiyi rəy sorğularına görə, ABŞ prezidenti Donald Trampın reytinqi hakimiyyəti dövründə ən yüksək səviyyəyə qalxıb.
Nəticələrə görə, amerikalıların 44 faizi prezidentin vəzifəsinin icrasına müsbət rəy verib. 53 faiz isə mənfi rəylə çıxış edib.
Son rəy sorğuları prezidentin reytinqinin 5 faiz artdığını göstərir. Daha əvvəlki sorğuda ABŞ dövlət başçısını dəstəkləyənlərin göstəricisi 39 faiz idi.
Trampa dəstək verənlərin sayının artması iqtisadi inkişafla izah edilir. Respondentlərin 52 faizi prezidentin iqtisadi siyasətindən razı olduğunu bildirib. 42 faiz isə narazılığını ifadə edib.
Rəyi soruşulanların 47 faizi hesab edir ki, Trampın iqtisadi inkişafa birbaşa təsiri var. 48 faiz isə prezidentin ümumiyyətlə iqtisadiyyatla əlaqəsi olmadığını düşünür. 65 faiz Trampın prezidentlik standartlarına cavab vermədiyini bildirib.
Amerikalıların 59 faizi Trampın impiç edilməsinin əleyhinədir. Bu göstərici ötən ilin avst ayı ilə müqayisədə 13 faiz çoxdur. Respondentlərin 37 faizi impiçment tərəfdarı olduğunu bildirib.
ABŞ KİV-lərinin bildirdiyinə görə, respondentlərin hamısı sabiq vitse-prezident, prezidentliyə demokrat namizəd Co Baydenə üstünlük verir.
Trampın reytinqi Baydendən 10 faiz geridə qalsa da, digər demokrat namizədlərə daha yaxındır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?