Almaniya Sosial Demokrat Partiyasının deputatı Cansu Özdəmir PKK bayrağını sosial şəbəkə hesabında paylaşdığı üçün məhkəmə qarşısına çıxarılacaq.
Özdəmir Hamburq əyalət məclisinin deputatıdır və bu ölkədə PKK-nın fəaliyyəti qanunla qadağandır.
Buna baxmayaraq, əyalət deputatı PKK-nın bayrağını sosial media hesabından yayıb.
Deputat 2017-ci ildə də sosial şəbəkədə “PKK-ya qadağa ortadan qaldırılsın” tələbi ilə sosial şəbəkədə bayrağın fotosunu yayıb. Buna görə 1500 avro cərimə olunan deputat yenidən hakim qarşısına çıxacaq.
Təcrübədə alman məhkəmə sistemi bu cinayəti edənlərə 1 il həbs cəzası verir.
Xatırladaq ki, 1993-cü ildən PKK Avropa Birliyinin terror təşkilatları siyahısında yer alır və onun təbliğatını aparmaq qanunla qadağandır.//teleqraf
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?