ABŞ prezidenti 4 qadın konqresmenin "ölkəmizi sevməyə qadir" olmadığını bildirib. "
"Onlar dedikləri nifrət dolu sözlərinə görə Amerika və İsraildən üzr istəməlidir. Onlar Demokratlar Partiyasını sıradan çıxarıb. Lakin özünə etimadı olmayan zəif insanlar ölkəmisi sıradan çıxara bilməz!" - deyə, Donald Tramp tvit edib.
Donald Trampın ötən bazar günü Twitter sosial şəbəkəsində Konqresin qeyri-ağ qadın üzvləri haqda yazdığı mesajları irqçi və ksenofobiya məzmunlu kimi qiymətləndirilərək, geniş reaksiyalara səbəb olub.
Tramp Konqresdə proqressiv demokratlar kimi tanınan qadınların öz “cinayətkarlığa yoluxmuş” ölkələrinə “qayıtmasını” tövsiyə edib.
Prezidentin mesajlarında nəzərdə tutduğu dörd qadın qanunverici arasında yalnız Minnesota ştatını təmsil edən İlhan Ömər Somalidə doğulub. Qalan üç qadın qanunverici - Massaçusetsdən Ayana Pressli Ohayo ştatının Sinsinnatti şəhərində anadan olub, Nyu Yorku təmsil edən Aleksandriya Okazio-Kortes əslən nyu yorkludur, Miçiqanı təmsil edən Rəşidə Tlayib isə ştatın Detroyt şəhərində dünyaya gəlib.
ABŞ-ın Nümayəndələr Palatası prezident Trampın Konqresin dörd qadın qanunvericisi haqda "irqçi" açıqlamalarını kəskin şəkildə qınayan qətnaməyə səs verib.
240 lehinə, 187 əleyhinə səslə qəbul edilmiş qətnaməyə demokratlarla yanaşı, dörd respublikaçı qanunverici də səs verib.
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qanunvericiləri "prezidentin irqçi tvitlərinin" qınanılmasında birlik göstərməyə çağırıb.
Nümayəndələr Palatasında azlıqda olan respublikaçılar onların partiyasına mənsub prezidenti qınayan qətnaməni rədd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?