Avqustun 1-dən bu ölkənin Bakıdakı səfirliyi fəaliyyətini dayandıracaq.
Səfirlikdən bu məlumatı təsdiqləsələr də, səbəbini bildirməyiblər.
Xatırladaq ki, Kosta-Rika Respublikasının Azərbaycandakı səfirliyinin rəısmi açılışı 2017-ci ilin noyabr ayında keçirilib. Mərasimdə Azərbaycanda səfərdə olan Kosta-Rika xarici işlər və dini etiqad naziri Manuel Qonzalez Sanz iştirak etmişdi.//Report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?