Türkiyənin Hakkari şəhərində PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı "Harun" ləqəbi ilə tanınan təhlükəli terrorçu öldürülüb. Əsl adı Miktad Örde olan bu şəxsin adının uzun müddət təhlükəli terrorçuların siyahısında olduğu bildirilir.
Əməliyyat çərçivsində həmçinin "Harun"un yaxın "silahdaşı"nın saxlanıldığı qeyd edilir.
Qeyd edək ki, Türkiyə dövləti tərəfindən onun yerini deyənə 300 min tele (92 min manat) mükafat qoyulmuşdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?