Əfqan Talibanının başçısi Heybətulla Axundzadənin kiçik qardaşının qonşu Pakistanın cənub-qərb hissəsində İslam mədrəsəsində törədilən bomba hücumu zamanı ölən dörd nəfər arasında olduğu bildirilir.
Militant mənbələr Amerikanın Səsinə Əhmədulla Axundzadə kimi tanınan şəxsin Bəluçistan əyalətinin paytaxtı Kvetta yaxınlığındakı Kuçlak bölgəsində seminariya məscidində bomba atıldığı zaman cümə namazı qıldığını təsdiqləyıb.
Hücuma görə hələlik heç kəs məsuliyyəti öz üzərinə götürməyib. Əfqanıstanın ABŞ-ın dəstəklədiyi hökumətinə qarşı üsyan edən Taliban liderləri və döyüşçüləri üçün gizli sığınacağa çevrilmiş Pakistan əyalətindəki hücuma görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.
Pakistanın regional polis idarəsinin məmuru Əbdül Rəzzaq Çima jurnalistlərə partlayış zamanı ibadət edən 24 nəfərin də yaralandığını bildirib.
Onun dediyinə görə, partlayıcı qurğu namaz duasını oxuyan mollanın kürsüsünün altına qoyulub, partlayışı törətmək üçünsə saatlı cihazdan istifadə edilib.
Polis məmuru həlak olanların şəxsiyyətləri barədə məlumat verməyib.
Sorğu
Yeni dizaynımız necədir?