Gürcüstan prezidenti Salome Zurabişvili Abxaziyada keçirilmiş prezident seçkilərini ölkəsinin milli müstəqilliyinin pozulması kimi dəyərləndirib.
Gürcü lider Gürcüstanın bu saxta prosesin birmənalı olaraq əleyhinə olduğunu vurğulayıb.
Qeyd edək ki, Abxaziyanın sabiq prezidenti Raul Xadjimba ilkin məlumatlara görə, dövlət başçısı postuna bütün namizədlərin təxminən bərabər nəticələrə malik olduğunu bildirib.
Abxaziyada prezident seçkilərində səsvermə 25 avqustda 20:00-də başa çatıb.
Abxaziyanın MSK-sı seçkilərin uğurla yekunlaşdığını elan edib.//teleqraf.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?