“Gürcüstan Xarici İşlər Nazirliyi ilkin mərhələdə Çin, ABŞ və Böyük Britaniyaya iqtisadi məsələlər üzrə attaşelər göndərəcək”.
Bu barədə Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd David Zalkaliani parlamentdə çıxışı zamanı bildirib.
Nazir deyib ki, attaşelərin seçimi üzrə müsabiqə keçirilib və artıq 7 namizəd hazırlıq keçir.
XİN başçısının sözlərinə görə, gələcəkdə Almaniya və Brüsselə də iqtisadi məsələlər üzrə attaşelərin təyin olunması nəzərdə tutulub: “Hər şey büdcədən asılıdır. Dəstək olacağı təqdirdə biz bu məsələni gələn ilin büdcə prioritetlərinə əlavə edə bilərik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?