Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Qarabağda zabitlər və əsgərlər tərəfindən döyülüb.
Gundemxeber.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.
“Aşot Paşinyan Ermənistanda nizam yaratmağa cəhd edən atası kimi öz hərbi hissəsində nizam yaratmağa cəhd edib. Bunun üçün o, zabitlərə və xidmət yoldaşlarına irad tutaraq, əsgər yoldaşlarından komandanlığa xəbərçilik edib və nəticədə bütün yazılmamış qaydaların hamısını pozub. Kiçik Paşinyan onunla eyni hərbi hissədə xidmət edən Zori Balayanın (məşhur erməni şovinist və terrorçu – red.) nəvəsi tərəfindən döyülüb. Bu hadisədən az sonra sosial şəbəkələrdə Aşot Paşinyanın İrəvanda mühafizəçilərin müşayiəti altında bacısı ilə gəzməsini əks etdirən video yayımlanıb”, – deyə o bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?