Çərşənbə günü Siciliyanın Messina liman şəhərinə Aralıq dənizindən xilas edilən 182 nəfər çatdırılıb.
Ocean Viking adlı humanitar yardım gəmisi İtaliyanın icazəsi ilə limana yaxınlaşan ilk gəmidir.
Gəmidən ilk növbədə qadın və uşaq çıxarılıb. Digər bir uşaq isə gəmi heyəti tərəfindən təcili yardım maşınanına aparılıb.
SOS Mediterranee və Sərhədsiz Həkimlər Təşkilatı tərəfindən ötən həftə 3 müxtəlif qayıqdan qadın, kişi və uşaqlar xilas edilib. Onlar Liviyadan Avropaya iqtiqamət almışdı.
İtaliya, Almaniya, Fransa, Finlandiya və Malta kimi Avropa İttifaqına üzv beş ölkə bazar ertəsi günü miqrantların qəbuluna dair müvəqqəti razılıq imzalayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?