Türkiyənin cümə axşamı, kürd ordusuna qarşı ikinci gündür həyata keçirdiyi hücumları minlərlə insanın yaşadıqları yerləri tərk etməsinə, onlarla insanın ölməsinə səbəb olub.
Türkiyə Birləşmiş Ştatların müttəfiqi `Suriya Demokratik Qüvvələri`nə qarşı əməliyyatlara ABŞ-ın ordusunun bölgədən çıxmasından sonra başlayıb.
Suriyada səkkiz ildir davam edən müharibəni monitorinq edən `Suriya İnsan Haqları Müşahidə Qrupu`nun bildirdiyinə görə, döyüşlər zamanı kürdlərin `Suriya Demokratiok Qüvvələri`nin 23 döyüşçüsü, Türkiyənin dəstəklədiyi Suriya üsyançı dəstəsinin isə 6 döyüşçüsü öldürülüb.
`Suriya Demokratiok Qüvvələri` Türkiyənin hava zərbələri və artelleriya hücumları nəticəsində nəticəsində 9 mülki vətəndaşın öldüyünü bildirib. Kürdlərin rəhbərliyi altındakı qüvvələrın raketlərlə etdiyi cavab atəşi nəticəsində isə Türkiyənin sərhəd yaxınlığındakı yaşayış məntəqəsində 9 aylıq körpə də daxil olmaqla, 6 nəfərin öldürüldüyü deyilir.
Beynəlxalq Xilasetmə Komitəsi əməliyyatlar başlayandan bəri bölgədən 64 min insanın qaçdığını bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?