Rusiya prezidenti bazar ertəsi Səudiyyə Ərəbistanına səfər edib. O, neftlə zəngin krallığın şahzadəsi ilə Moskvanın Yaxın Şərqdə siyasi və enerji siyasətini müzakirə edir.
Putin dövlət səviyyəsində qarşılanıb, kral Salmanın sarayına onun limuzini yüksək təhlükəsizlik eskordu ilə müşayiət edilib.
Səudiyyə Ərəbistanı görüşlər zamanı Yaxın Şərqdə mövcud gərginlikləri gündəmə gətirməlidir. Türkiyənin Suriyada hərbi əmliyyatlara başlaması ilə daha da dərinləşib.
Rusiya Səudiyyənin başçılıq etdiyi OPEC-lə sıx əməkdaşlıq edir. OPEC hasilatı məhdudlaşdırmaqla neftin qiymətini yüksəltməyə çalışır. 2014-cü ildə neft ucuzlaşması Rusiya iqtisadiyyatına mənfi təsir göstərib.
Səfərdən öncə Al Arabiya, Sky News Arabia və RT Arabic telekanalarına müsahibəsində Putin deyib ki, o, Səudiyyə kralı və şahzadəsi ilə yaxşı münasibətlər tərəfdarıdır.
Siyasi təhlilçi Lukyanovun fikrincə, Putin nüfuzundan istifadə edərək Tehranla Ər-Riyad arasında gərginliyi azaltmağa çalışa bilər. Ötən ay Səudiyyədən neft obyektlərinə hücuma görə İran ittiham olunsa da, Tehran ittihamları rədd edib.
Putin oktyabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?