ABŞ Prezidenti Donald Tramp deyib ki, Türkiyənin Suriyanın şimal bölgəsinə hərbi müdaxiləsi “bizim problem deyil.”
Ağ Evdə İtaliyanın dövlət başçısı Sercio Mattarella ilə birgə mətbuat konfransında danışan Tramp Rusiyanın kürdlərə yardım etməsini "normal" adlandırıb. O, deyib ki, Suriyada öz torpaqlarını müdafiə edən kürdlər də “mələk” deyillər.
ABŞ qoşunlarının geri çağırılması qərarı həm Demokrat, həm də Respublikaçı millət vəkilləri tərəfindən kəskin tənqid edilib.
Bir çoxu hesab edir ki, Türkiyəyə sanksiyaların tətbiqindənsə, ABŞ qüvvələrin regiondakı mövcudluğu daha məqsədəuyğun ola bilərdi.
"Mən narahatam ki, gələcəkdə bizim radikal İslama qarşı savaşda müttəfiqlərimiz olmayacaq, İŞİD yenidən bərqərar olacaq," deyə Respublikaçı Senator Lindsey Qraham bildirib.
Tramp müxbirlərə ABŞ nümayəndə heyətinin Türkiyəyə yola düşdüyünü bildirib.
ABŞ əsgərlərinin Suriyanın şimalından çəkilməsindən sonra Türkiyənin dəstəklədiyi qüvvələr və ordusu ilə həmin ərazidə istehkamlanmış kürd qüvvələri arasında toqquşmalar başlanıb.
ABŞ rəsmiləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə döndükdən sonra bu həftə Ankaranın Suriyanın şimal-şərqində keçirdiyi əməliyyatları dayandırmasına təzyiq məqsədi ilə Türkiyəyə gedəcək ABŞ vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo ilə görüşəcəyini söyləyib.
Daha əvvəl Ərdoğan Sky News kanalına verdiyi müsahibəsində Pens və Pompeonun öz türk həmkarları ilə görüşəcəyini bildirmişdi. O isə ABŞ Prezidenti Donald Tramp Türkiyəyə gəldiyi zaman onunla görüşəcəyini deyib
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?