Honq Konqun lideri Karri Lam şənbə günü bu həftə sonu planlaşdırılan hökümət əleyhinə yürüşdən öncə polis zorakılığını müdafiə edib.
Bir həftə davam edən sakitlikdən sonra bazar günü keçiriləcək yürüş demokratiya hərəkatının gücünü sınaqdan keçirəcək.
Təşkilatçılar yürüşün polisin nümayişin qanunsuz olduğuna dair qərarına rəğmən keçiriləcəyinə söz verib.
Daha öncə minlərlə insan polisə məhəl qoymayaraq icazəsiz kütləvi yürüşlər keçirib. Etirazlar dinc başlasa da, günün sonuna doğru zorakı hal alıb.
Lam şənbə günü RTHK kanalına müsahibədə bildirib ki, polis etirazçılara qarşı müvafiq gücdən istifadə edib və etirazçıların zorakılıqlarına cavab verib.
Etirazlar iyun ayında başlayandan bəri 2600-dən çox insan həbs olunub.
Bazar günü yürüşə icazə verilməyib
Etirazçılar o zamandan bəri təkcə ektradisiya qanununa etiraz etmir, həm də Pekinin onlardan bəzi azadlıqarı aldığına dair narahatlıqlar səbəbilə nümayiş keçirir.
Polis bazar günü zorakılıq və vandalizm riskini səbəb gətirərək bazar günü yürüşün keçirilməsinə icazə verməyib.
Human Rights Watch təşkilatı bildirib ki, polisin bu addımının məqsədi insanları yürüşdə iştirak etməkdən çəkindirməkdir.
Cümə günü nümayişlər dinc keçib. Etirazçılar şəhərin metro şəbəkəsi boyunca canlı zəncir qurub və bir çoxları maskalara tətbiq olunan qadağanı pozaran çizgi filmi qəhrəmanlarının maskalarını taxıb.
Lam bu həftə etirazçıların əsas beş tələbindən ikisini rədd edib ki, bunlar universal seçki hüququ və nümayişlər zamanı həbs olunanlar üçün amnistiyadır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?