Ukraynanın keçmiş aqrar siyasət və qida naziri Taras Kutovıy vertolyot qəzasında həlak olub
Bu barədə sabiq Baş Nazir Pavel Rozenko feysbuk hesabında məlumat verib. Məlumata görə, Kiyevdən havaya qalxan "Robinson-44” tipli vertolyot Poltava bölgəsinin Orjitsko rayonunun Tarasenkovo kəndində qəzaya düşüb. Vertolyotu eks-nazirin özü idarə edirmiş. O, hadisə yerindəcə keçinib. Qeyd edək ki, 1976-cı il təvəllüdlü T. Kutovıy 2016-2018-ci illərdə nazir postunda olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?