Almaniyanın sabiq prezidentinin oğlu Riçard Vayzekker (Richard fon Weizsaecker) Berlin xəstəxanasında mühazirə oxuyarkən 57 yaşlı şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Çərşənbə axşamı "Schlosspark" Klinikasında baş verən hadisə zamanı bıçaqlı şəxs auditoriyadan qəfildən sıçrayaraq qətli həyata keçirib. Qətlin qarşısını almağa cəhd edən vəzifədən kənar polis əməkdaşı da ağır yaralanıb.
Hadisədən dərhal sonra həkimlər Riçard Vayzekkerə yardım göstərməyə çalışsalar da, onun həyatını qurtarmaq mümkün olmayıb.
Polis nümayəndəsi Maykl Qassen (Michael Gassen) hələ ki, hadisənin motivi barədə bir söz deyə bilmədiklərini bildirib.
Polis əlavə edib ki, Vayzekkerin özü və ya ailəsinin keçmişdə təhdid olunub-olunmadığı da araşdırılır.
Vayzekker Bostondakı Harvard Tibb Universitetində təhsil almış, Almaniya və İsveçrənin bir neçə xəstəxanasında çalışmışdı.
Sorğu
Yeni dizaynımız necədir?