ABŞ Prezidenti Donald Tramp gözlənilmədən Əfqanıstana səfər edib. Səfərinin məqsədi amerikalı hərbçiləri Şükranlıq bayramı münasibətilə ziyarət etməkdir.
“The Washington Post” bildirir ki, Tramp Əfqanıstandakı hərbi bazaya baş çəkib. O, həmçinin əfqanıstanlı həmkarı Əşrəf Qəni ilə görüşüb.
Ötən həftə Tramp Əşrəf Qənini ABŞ-a dəvət etmişdi. Mətbuatın əldə etdiyi məlumata görə, Pentaqon ABŞ Prezidenti göstəriş verdiyi təqdirdə hərbçilərin Əfqanıstanı dərhal tərk etmək planını hazırlayır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?