Ermənistan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) "qara siyahı"sına düşə bilər.
IATA Ermənistanda hava nəqliyyatı bazarını "başdan ayağa" yoxlayacaq. Mülki Aviasiya Komitəsi bütün Ermənistan aviaşirkətləri üçün Avropaya uçuşların qadağan edilməsini nəzərdə tutan "qara siyahı"ya düşməmək namininə IATA mütəxəssislərinə hesabat verməli olacaq. Komitənin rəhbəri Tatevik Revazyan bildirib ki, problem “Taron-Avia” aviaşirkəti ilə əlaqədardır. Belə ki, Avropa İttifaqı ölkələrinə uçuşlar üçün müraciət edərkən bir sıra ciddi nöqsanlar aşkar edilib. Xüsusən, şirkətin uçuş təhlükəsizliyini lazımi səviyyədə təmin etmədiyi aydın olub.
Revazyan deyib ki, daha sərt yoxlamalar aparmaq üçün kifayət qədər vəsait mövcud deyil: "Hər şey az maaşdan asılıdır. Bir pilot Ermənistan bazarında orta hesabla 4-5 min dollar, xaricdə isə 10-15 min dollar ala bilirsə, komitdə 150 min dram üçün (təqribən 300 dollar) işləməyə əlbəttə ki, razı olmaz”.
Daha əvvəl “Taron-Avia” Afrika ölkələri ilə işləyib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) hesab edir ki, Ermənistan komitəsi bu problemləri əvvəlcədən həll etməyə borclu idi. İndi Ermənistan şirkətləri tərəfindən daşınmanın təhlükəsizliyini təmin etmək məsələsi bütövlükdə sual altına alınıb. IATA çatışmazlıqları aradan qaldırmaq üçün Mülki Aviasiya Komitəsinə vaxt verib. May ayında Ermənistan hava nəqliyyatı bazarında genişmiqyaslı yoxlamalar aparılacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?