Ermənistanın TV5 kanalının sahibi Armeb Tavadyan saxlanılıb.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin məlumatında deyilir. O, 1 mart 2008-ci il hadisələri ilə bağlı şahidlərdən birinə ifadəsini dəyişməsi üçün rüşvət verməkdə ittiham olunur.
Daha əvvəl polis eks-prezident Robert Koçaryanın tərəfdarlarından birinin 2008-ci il hadisələriylə əlaqədar öz ifadələrini dəyişmələri üçün qurbanlara və şahidlərə rüşvət təklif etməsi haqda video-material yaymışdı. Faktla bağlı cinayət işi açılmış və Koçaryanın tərəfdarı olan Varujan Mkrtçyan həbs edilmiş, daha sonra girov qarşılığında sərbəst buraxılmışdı. Tavadyanın da məhz həmin səbəbdən saxlanıldığı bildirilib. Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin martında etiraz aksiyaları zamanı konstitusion quruluşu pozduğuna görə iyunun 23-də həbs edilib.
Sorğu
Yeni dizaynımız necədir?