İsrailin hakim Likud partiyası cümə axşamı praymeris keçirib. Bu, ilk dəfədir ki, 10 ildən çoxdur hakimiyyətdə olan baş nazir Benyamin Netanyahuya partiya daxilində meydan oxunur.
Siyasətçi Gideon Saar Netanyahunu əvəzləyəcəyinə ümid edir, çünki mart ayında keçiriləcək ümummilli seçkilərdə birlik hökumət qurmaq şansının daha yüksək olduğunu düşünür, çünki Netanyahu bu il keçirilən iki seçkin sonra hökümət yarada bilməyib.
Netanyahu ilə bağlı korrupsiya ittihamlarının olmasına baxmayaraq o, Likud üzvləri arasında populyar olaraq qalır. 1970-ci illərdə qurulduğu gündən bəri cəmi dörd lideri olan bu sadiq partiyanın üzvləri uzun müddətdir partiyanın lideri olan Netanyahunun arxasında möhkəm dayanıb. Netanyahunun Saarı asanlıqla məğlub edəcəyi gözlənilir və bu qələbə onun növbəti ümummilli səsvermədə gücünü artıra bilər.
“Mən illərdir sevimli ölkəm və sizin üçün çalışıram. İndi mənim sizin dəstəyinizə ehtiyacım var " deyə, Netanyahu Facebook səhifəsində yazıb. "Praymerilərdə qələbə mənim Knesset seçkilərində də böyük bir qələbə əldə etməmi təmin edəcək" deyə, o bildirib.
Likud-un bir neçə üzvünün dəstəyini qazanan Saara dəstək seçkidən öncə bir az artıb. Seçici fəallığının fırtınalı hava səbəbilə aşağı olacağı gözlənilir. Bu isə Saarın xeyrinə ola bilər. Əgər qalib gəlsə, Saar martda keçiriləcək seçkilərdə Likud partiyasının baş nazir vəzifəsinə namizədi olacaq.
Özünü təhlükəsizlik buferi və beynəlxalq diplomatiyanın ustası sayan Netanyahu Saarın təcrübəsiz olduğunu deyir.
Seçki məntəqələri axşam saat 11-də bağlanacaq və nəticələrin cümə günü səhər açıqlanağı gözlənilir.
Sorğu
Yeni dizaynımız necədir?