Sueddeutsche Zeitung agentliyinin bildirdiyinə görə, Almaniya kansleri Angela Merkel Suriyadakı münaqişənin yeni qaçqın axınına səbəb ola biləcəyinə dair narahatlıqlar fonunda prezident Tayyib Ərdoğanı Avropa İttifaqı ilə imzaladığı miqrasiya sazişinə əməl etməyə çağırmaq üçün gələn ay Türkiyəyə səfər edəcək.
Ərdoğan bazar günü xəbərdarlıq edib ki, əgər Suriya və Rusiyanın üsyançıların nəzarətində olan İdlib vilayətini geri almağa çalışması nəticəsində insanlar evlərindən qaçmağa başlasa, onsuz da təqribən 3,7 milyon suriyalı qaçqına ev sahibliyi edən Türkiyə yeni bir miqrant dalğasını qəbul edə bilməyəcək.
Almaniya hökumətinin sözçüsü cümə axşamı Sueddeutsche Zeitung-in məlumatını təsdiq etməkdən imtina edərək deyib ki, Merkelin səfəri barədə planlar həmişə olduğu kimi səfərin baş tutacağı gündən öncəki həftənin cümə günü elan edilir.
İki lider son dəfə dekabr ayında Londonda bir araya gələrək, Fransa prezidenti Emmanuel Makron və Britaniyanın baş naziri Boris Consonla Suriyadakı vəziyyəti müzakirə edib.
2015-ci ildə əldə edilən miqrasiya razılığına əsasən Türkiyə maliyyə dəstəyi müqabilində Avropaya gedən qaçqınlara ev sahibliyi edir. Həmin il əsasən Suriya münaqişəsindən qaçan miqrantlar daxil olmaqla sığınacaq axtaran bir milyondan çox insana qapılarını açmaq məcburiyyətində qalan Almaniya hökuməti miqrant böhranının bir daha təkrar olunmasını istəmir.
Sorğu
Yeni dizaynımız necədir?